logo
logo logo
logo

"Kəpəz" "Qəbələ"yə qalib gəldi

20:33 - 12 Sentyabr 2026

\"Kəpəz\" \"Qəbələ\"yə qalib gəldi

Misli Premyer Liqasının V turunda "Kəpəz" Gəncədə "Qəbələ"ni məğlub edib.


Manset.az xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Viktor Stina vurub.

"Qəbələ" 4 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. 6 xala malik Gəncə klubu isə 6-cı pilləyə yüksəlib.

Günün son matçında "Şamaxı" səfərdə "Sumqayıt"ın qonağı olacaq.

Xatırladaq ki, turun ötən gün baş tutan açılış oyununda "Neftçi" "İmişli"ni 3:2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az