logo
logo logo
logo

"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür

13:50 - 13 Sentyabr 2026

\"Beşiktaş\" \"Flamenqo\"nun futbolçusunu icarəyə götürür

"Beşiktaş" heyətini gücləndirmək üçün Braziliyanın "Flamenqo" klubunda çıxış edən Luiz Arauxonun transferi üzərində çalışır.


Manset.az xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır. Arauxonun "Flamenqo" ilə müqaviləsi 2027-ci il dekabrın 31-dək qüvvədədir.

Braziliyalı yarımmüdafiəçinin də "Beşiktaş"a keçidə müsbət yanaşdığı bildirilir.

Luiz Arauxo karyerası ərzində "Novorizontino", "Sao Paulo", "Lill" və "Atlanta" kimi klubların formasını geyinib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az