Azərbaycanlı döyüşçü Əlim Nabiyev MMA-da növbəti qələbəsini qazanıb.
Manset.az xəbər verir ki, Nabiyev Zimbabve təmsilçisi Mayk Daymondu ilk raundda nokautla məğlub edib.
Bu qələbə Nabiyevin MMA-da ardıcıl dördüncü uğuru olub. Onun bu idman növündə rekordu 4-0-dır.
Qeyd edək ki, Əlim Nabiyev kikboksinq üzrə yeddiqat dünya və üçqat Avropa çempionudur.