logo
logo logo
logo

“Yuventus” cərimələndi

00:30 - 23 Sentyabr 2026

“Yuventus” cərimələndi

“Yuventus” klubu 10 min avro məbləğində cərimələnib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, ANSA nəşrinin məlumatına görə, buna səbəb bəzi fanatların klub və İtaliya futbolunun əfsanəsi Sandro Mazzolanın xatirəsinə keçirilən bir dəqiqəlik sükutu pozması olub.

Hadisə sentyabrın 20-də “Yuventus”un “Atalanta” ilə “Allyans” stadionunda keçirilən oyunundan əvvəl baş verib. “Curva Sud” tribunasında olan bəzi azarkeşlər sükut zamanı meydana arxalarını çevirib, daha sonra “Yuventus”un əfsanələrinin şərəfinə şüarlar səsləndiriblər.

83 yaşında vəfat edən Mazzola 1968-ci ildə Avropa çempionu, 1970-ci ildə isə dünya çempionatının gümüş medalçısı olub.

Hadisə futbol ictimaiyyətinin tənqidinə səbəb olub. “Yuventus” da oyundan sonra azarkeşlərin davranışını pisləyib.

Qeyd edək ki, klubun operativ reaksiyası və digər azarkeşlərin şüarları alqışlarla qarşılaması nəzərə alınaraq cərimənin məbləği azaldılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az