"Qalatasaray"da zədəsi səbəbindən heyətdən kənar qalan Viktor Osimhenlə bağlı yeni xəbər var.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş məşqçi Okan Burukun "Kasımpaşa" oyunu üçün planı bəlli olub.
Milli fasilədən sonra əvvəlcə "Kasımpaşa", ardından isə "Barselona" ilə üz-üzə gələcək klubda bütün diqqətlər Viktor Osimhenə yönəlib.
Komandaya 5 günlük istirahət verilməsindən istifadə edərək ölkəsinə yollanan Osimhenin sosial şəbəkədəki son addımı onun gözlənilən qayıdışından xəbər verib. "Instagram"da paylaşılan "Osimhen Kasımpaşa matçında oynaya biləcək" xəbərinə "ürək" reaksiyası verən 27 yaşlı futbolçu bununla bir növ "Hazıram" mesajını çatdırıb.