Portuqaliya millisindən icazəsiz ayrıldığı üçün Kriştiano Ronaldoya 6 aylıq diskvalifikasiya cəzası verilə bilər.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının intizam qaydaları belə hallara görə futbolçunun cəzalandırılmasını nəzərdə tutur. Ronaldo cərimələnə və ya 1 aydan 6 aya qədər millidən uzaqlaşdırıla bilər.
41 yaşlı futbolçu milli komandada 146 qolla tarixin ən məhsuldar oyunçusu və 234 matçla ən çox oyun keçirən futbolçudur.
Xatırladaq ki, Portuqaliya oktyabrın 1-də Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. Portuqaliya iki turdan sonra 6 xalla A4 qrupuna liderlik edir.