logo
logo logo
logo

Əfsanəvi futbolçu Artyom Dzyuba karyerasını başa vurdu  

17:25 - 01 Oktyabr 2026

Əfsanəvi futbolçu Artyom Dzyuba karyerasını başa vurdu  

Rusiyanın məşhur hücumçusu Artyom Dzyuba 38 yaşında peşəkar futbolçu karyerasını başa vurub.


Manset.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçunun özü açıqlama verib.

Dzyuba son olaraq "Akron"da çıxış edib və klubdan ayrıldıqdan sonra azad agent statusunda idi. O, karyerası ərzində "Spartak Moskva", "Rostov", "Zenit", "Lokomotiv", "Adana Dəmirspor" və "Akron" kimi klubların formasını geyinib.

Karyerasının ən uğurlu dövrünü "Zenit"də keçirən hücumçu Sankt-Peterburq təmsilçisi ilə 4 dəfə Rusiya çempionu, 2 dəfə ölkə kubokunun və 4 dəfə Superkubokun qalibi olub. "Zenit"in heyətində 249 oyunda 108 qol vurub.

Dzyuba, həmçinin Rusiya futbolu və milli komanda tarixinin ən məhsuldar hücumçularından biridir. O, 2025-ci ildə klub və milli komanda səviyyəsində 234 qolla Rusiya futbolunun ən yaxşı bombardiri olub. Rusiya millisində isə 56 oyun keçirən Dzyuba 31 qol vuraraq yığmanın tarixində ən çox qol vuran futbolçu statusunu əldə edib.

Xüsusilə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında göstərdiyi performansla yadda qalan Dzyuba həmin turnirdə 5 oyunda 3 qol vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az