“Barselona” Xulian Alvareslə danışıqlar zamanı qaydaları pozduğuna görə 602 avro cərimə ödəməli olacaq.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, buna Madrid “Atletiko”sunun İspaniya Kral Futbol Federasiyasına (RFEF) ünvanladığı şikayət səbəb olub. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Bildirilir ki, qaydalar klublardan müqavilə ilə başqa komandaya bağlı olan futbolçu ilə danışıqlara başlamazdan əvvəl həmin kluba yazılı məlumat verməyi tələb edir.
Qeyd edək ki, 2019-cu ildə Antuan Qrizmannın transferi ilə bağlı “Atletiko” oxşar səbəbdən “Barselona”dan şikayət etmişdi. Həmin vaxt Kataloniya klubu 300 avro cərimələnmişdi.