Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Manset.az xəbər verir ki, finalda Tacikistanı təmsil edən Loiq Kudbudinovla qarşılaşan idmançı rəqibinə qabil gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.