logo
logo logo
logo

Osimhen əməliyyat olundu

22:56 - 07 Noyabr 2026

Osimhen əməliyyat olundu

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhen əməliyyat olunub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Nigeriyalı hücumçu UEFA Çempionlar Liqasında "Ştutqart"la matçda sol dizindən zədə alıb. Aparılan maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı futbolçunun dizində sərbəst fraqment aşkarlanıb. Bu səbəbdən Osimhen bu gün İstanbulda klubun həkimi Yener İncə tərəfindən artroskopik əməliyyat olunub. Klub müdaxilənin uğurla başa çatdığını açıqlayıb.

Futbolçunun vəziyyəti gündəlik qiymətləndiriləcək, müalicəsi isə klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az