Azerbaijan flag

Azərbaycan millisinin hücumçusu Avropa nəhənglərinin diqqətində

19:57 - 08 Noyabr 2026

Azərbaycan millisinin hücumçusu Avropa nəhənglərinin diqqətində

İtaliyanın “Sampdoriya” klubunda çıxış edən Lorenzo Metsotero Avropanın bir sıra tanınmış komandalarının diqqətini cəlb edib.


Manset.az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı italiyalı jurnalist Rudi Qaletti yayıb.

Məlumata görə, “Yuventus” 18 yaşlı hücumçuya ciddi maraq göstərir və onun transferi üçün təklif göndərməyi nəzərdən keçirir.

Almaniyanın “Borussiya Dortmund” klubu da gənc futbolçunun çıxışını yaxından izləyir.

Metsotero son günlər İtaliyada diqqət mərkəzinə düşüb. O, oktyabrın 31-də “Virtus Entella” ilə qarşılaşmada peşəkar karyerasında ilk qolunu vurub. Həmin görüş “Sampdoriya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü Lorenzo Azərbaycan və İtaliya vətəndaşlığına malikdir. Onun “Sampdoriya” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Beləliklə, gənc hücumçunun gələcək karyerası Avropanın bir neçə klubunun maraq dairəsinə düşüb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az