"Qarabağ" oynamağa imkan vermədi" - Xorxe Sampaoli

09:52 - 18 Fevral 2022

\"Qarabağ\" oynamağa imkan vermədi\" - Xorxe Sampaoli

"Bizim üçün çətin oldu, çünki "Qarabağ" oynamağa imkan vermədi"

Manset.az-ın məlumatına görə, bunu "Marsel"in baş məşqçisi Xorxe Sampaoli Fransada "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Argentinalı mütəxəssis ilk hissənin ağır keçdiyini, ikinci yarıda isə ümumiyyətlə oynaya bilmədiklərini söyləyib: "Kollektiv şəkildə zəif oynadıq. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. Çünki qarşıda vacib oyunlarımız var".

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az