"ABŞ-İran arasında müharibə ehtimalı yoxdur" - Hakan Fidan

23:58 - 09 Fevral 2026

\"ABŞ-İran arasında müharibə ehtimalı yoxdur\" - Hakan Fidan

Türkiyə Xarici işlər naziri Hakan Fidan ABŞ ilə İran arasında müharibə həddinə çatan gərginliklə bağlı açıqlama verib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, iranlı həmkarı Abbas Əraqçi ilə görüşdüyünü bildirən nazir Fidan qeyd edib ki, hazırda ani müharibə təhlükəsi ehtimalı yoxdur. Onun sözlərinə görə, ABŞ–İran gərginliyinin danışıqlar yolu ilə həll olunması imkanı mövcuddur və regionun yeni bir müharibəyə tab gətirəcək gücü yoxdur.

İranla ABŞ arasında artan gərginlik iki ölkəni müharibə astanasına yaxınlaşdırıb. Omanda başlanan nüvə danışıqları Vaşinqtonla Tehran arasındakı gərginliyi müəyyən qədər azaltdığı bir vaxtda Türkiyə Xarici işlər naziri Hakan Fidanın bu açıqlamaları diqqət çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az