Dünya futbolçunun canlı əfsanəsi Peledə yeni xəstəlik aşkarlanıb.
Manset.az xəbər verir ki, bir müddətdir bağırsaq xərçəngindən müalicə alan 81 yaşlı braziliyalı keçmiş hücumçuya sidik yollarının infeksiyası diaqnozu qoyulub.
O, Braziliyada San-Paulu xəstəxanasında müalicə alır.
Pele sentyabr ayında aşkar edilən şişin müalicəsini davam etdirmək üçün fevralın 13-də San-Pauludakı xəstəxanaya yerləşdirilib. Bundan 8 gün sonra həkimlər müayinə zamanı Pelenin sidik yollarında infeksiya olduğunu bildiriblər.