"Fənərbaxça" futbolçusu Gökhan Gönüllə yollarını ayırıb.
Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçinin başa çatmış müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2007-2016-cı illərdə də "Fənərbaxça"da çıxış edən Türkiyə millisinin sabiq üzvü ötən mövsümün əvvəlində "Beşiktaş"dan transfer edilmişdi.