"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın futbolçusu Kriştiano Ronaldonun Turin klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Manset.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Ronaldonun ətrafından heç kim bizə ayrılmaq istədiyini demədi, mən onu "Yuventus"da gözləyirəm. İyulun 25-i tətildən qayıtmasını gözləyirik".//qol.az//