Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı - Fotolar

13:51 - 29 May 2022

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı - Fotolar

Dünən Bakıda başlayan atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

 

Manset.az xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında keçirilən yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb.

Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.

10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə  qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar da bu gün keçiriləcək.

 










Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az