Mahir Emreli Xorvatiya Super Kubokunda oynamayacaq

13:58 - 08 İyul 2022

Mahir Emreli Xorvatiya Super Kubokunda oynamayacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya Super Kuboku matçını buraxacaq.

 

Manset.az Apasport.az-a istinadən xəbər verir ki, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlayıb.

Çalışdırıcı bildirib ki, sabah Split “Hayduk”u ilə keçiriləcək həlledici qarşılaşmada zədədən bir müddət əvvəl qayıdan Emreli iştirak etməyəcək. 25 yaşlı forvardla yanaşı, müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo və yarımmüdafiəçi Marko Bulat da qarşılaşmanın iştirak ərizəsinə salınmayacaq.

Qeyd edək ki, Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Hayduk” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az