Güləşçimiz dünya çempionu oldu - Yenilənib+Fotolar

21:42 - 20 Avqust 2022

Güləşçimiz dünya çempionu oldu - Yenilənib+Fotolar

Yunan-Roma güləşçimiz Laçın Vəliyev (87 kq) U-20 dünya çempionatının bürünc medalına yiyələnib.

 

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz koreyalı Donqyun Yuna 9:0 hesabı ilə qalib gəlib.

Digər güləşçimiz Xasay Həsənli (77 kq) isə bürünc medal görüşündə moldovalı Aleksandrin Qutuya 5:11 hesabı ilə məğlub olub.

 

20:06

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Manset.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda Kənan Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurban Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib.

60 kq-da Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və bürünc medal üçün güləşəcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az