Yunan azarkeş Qurban Qurbanova hücum etdi - "Qarabağ"ın oyununda HƏYƏCANLI ANLAR (VİDEO)

23:37 - 05 Avqust 2021

Yunan azarkeş Qurban Qurbanova hücum etdi - \"Qarabağ\"ın oyununda HƏYƏCANLI ANLAR (VİDEO)

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə keçirilən AEL - "Qarabağ" matçının son dəqiqələrində gərgin anlar yaşanıb.

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Ağdam klubunun cavab qolundan sonra baş verib.

Belə ki, Abdulla Zubirin qolundan sonra azarkeşlərdən biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Kiprli azarkeşin bu davranışı Qurban Qurbanovu özündən çıxardıb. Matçın baş hakimi qarşılaşmanı baş verən gərginlik səbəbindən dayandırıb.

Qarşılaşma qısa fasilədən sonra bərpa olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az