Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, ilk hissədə hesab açılmayıb.
***
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı start götürüb.
Manset.az xəbər verir ki, oyun saat 23:00-da başlayıb.
***
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda üz-üzə gələcək Braziliya və Serbiya milli komandalarının start heyətləri açıqlanıb.
Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:
Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva, 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Riçarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudeli, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç
Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.
***
Dünya çempionatının G qrupunda birinci tura yekun vurulacaq.
Manset.az xəbər verir ki, bu matçda Braziliya Serbiya ilə qarşılaşacaq.
Bununla da DÇ-nin qrup mərhələsində ilk tur başa çatacaq.
Qarşılaşma saat 23:00-da başlayacaq.
DÇ-2022
G qrupu
1-ci tur
Braziliya - Serbiya