Argentina 2-ci oyunda qələbə qazandı - VİDEO

00:59 - 27 Noyabr 2022

Argentina 2-ci oyunda qələbə qazandı - VİDEO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun baş tutub. 

Manset.az-ın məlumatına görə, C qrupunun II turunda Argentina və Meksika komandaları üz-üzə gəlib. 

Qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə bitib. 64-cü dəqiqədə Lionel Messi baxımlı qola imza atıb. 87-ci dəqiqədə isə Entso Fernandes fərqi daha da artırıb. 

Mundialda birinci qələbəsini əldə edən "tanqoçular" ilk üç xalını qazanıb və ikinci pilləyə yüksəlib. Qrupa 4 xalla Polşa kollektivi başçılıq edir. Səudiyyə Ərəbistanı 3 xalla üçüncü, Meksika 1 xalla sonuncu sıradadır. 

Sonuncu - III turda Polşa Argentina ilə, Səudiyyə Ərəbistanı isə Meksika ilə görüşəcək. Həmin matçlar noyabrın 30-da olacaq. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az