Xorvatiya Kanadanı darmadağın etdi - YENİLƏNDİ

22:05 - 27 Noyabr 2022

Xorvatiya Kanadanı darmadağın etdi - YENİLƏNDİ

Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb. 

 

Manset.az xəbər verir ki, Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.

Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

Manset.az xəbər verir ki, Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1. 

Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə start götürüb. 

Manset.az xəbər verir ki, Avropa təmsilçisi 2:1 hesabı ilə öndədir. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb. 

Manset.az xəbər verir ki, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

Manset.az xəbər verir ki, Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1

Xorvatiya yığmasının heyətində Andrey Kramariç 36-cı dəqiqədə tarazlığı bərpa edib. 

***

Alfonso Deyvs fərqləndi.

***

Kanada 2-ci dəqiqədə hesabı açdı.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Manset.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.

Manset.az xəbər verir ki, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Xorvatiya: Livakovic, Juranovic, Lovren, Gvardiol, Sosa, Modric, Brozovic, Kovacic, Livaja, Perisic, Kramaric.

Kanada: Borjan; Laryea, Johnston, Vitoria, Miller, Davies; Buchanan, Hatçinson, Eustaquio, Larin; David.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az