Dünya Çempionatında Portuqaliyaya qarşı mübarizə aparan Kriştiano Ronaldo Piers Morqanla müsahibədən sonra "Mançester Yunayted"i tərk edib. Ulduz futbolçunun yeni komandası və qazanacağı külli miqdarda illik maaşla bağlı iddialar artır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Luis Suareslə dünya çempionatında klubsuz oynayan iki futbolçudan biri Kriştiano Ronaldonun yeni ünvanı ilə bağlı flaş iddia ortaya atılıb. 37 yaşlı ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl Nassr” komandası ilə illik 200 milyon dollara anlaşıb.
40 yaşına qədər futbol oynamaq niyyətində olduğunu deyən Ronaldonun "Əl Nassr"la 2,5 illik müqavilə imzalayacağı bildirilib.
Ronaldo imic hüquqları daxil olmaqla 200 milyon dollardan 2,5 illik müqavilə ilə ümumilikdə 500 milyon dollar qazanacaq. Transfer baş tutsa, Kriştiano Ronaldo futbol tarixinin ən böyük müqaviləsinə imza atmış olacaq.