"Əsl kubok matçı idi" - Qurban Qurbanov

22:50 - 08 Dekabr 2022

\"Əsl kubok matçı idi\" - Qurban Qurbanov

“Bəlkə sönük oyun kimi görmək olardı. Amma əsl kubok matçı idi. Hər iki komanda qalib gəlmək istəyirdi”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Qəbələ” ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin yaxşı çıxış etdiyini bildirib: “Qəbələ” qələbəyə layiq oynadı. Maraqlı oyun alındı. Qalib gələ bilərdik. Amma son dəqiqələrdə ehtiyatsızlıqdan qol buraxdıq. Qəbələdəki oyun buradakından da baxımlı alına bilər”.

Qeyd edək ki, cavab görüşü dekabrın 19-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az