DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazandı ​​​​​​​ - YENİLƏNDİ

21:57 - 09 Dekabr 2022

DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazandı ​​​​​​​ - YENİLƏNDİ

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Manset.az xəbər verir ki, Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

 

Manset.az xəbər verir ki, 105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.

***

Matçın 90 dəqiqəsi qolsuz başa çatdı. Əlavə hissələr oynanılacaq.

***

İkinci hissə başladı.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

 

Manset.az xəbər verir ki, komandalar fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.

***

Matç başladı.

***

Bu gün DÇ-2022-nin 1/4 final mərhələsində Braziliya və Xorvatiya milliləri üz-üzə gələcək.

 

Manset.az xəbər verir ki, saat 19:00-da başlayacaq matç üçün komandaların start heyətlər açıqlanıb.

Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az