Braziliya millisinin baş məşqçisi istefa verdi

00:19 - 10 Dekabr 2022

Braziliya millisinin baş məşqçisi istefa verdi

Braziliya millisinin baş məşqçisi Tite istefa verib.

Manset.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyundan sonra postunu tərk etdiyini açıqlayıb.

O, bu qərarı öncədən verdiyini bildirib: “Mənim dövrüm bitdi. Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.

Braziliya yığması DÇ-2022-də 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Xorvatiyaya (2:4) məğlub olub.

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az