Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Manset.az xəbər verir ki, Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.
90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Kedira 2 sarı vərəqə ilə meydandan qovulub.
Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.
***
Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Afrika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub - 1:0.
***
Mərakeş hesabı açdı. Yusuf En Nesri 43-cü dəqiqədə fərqləndi.
***
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.
Manset.az xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşlə oynayacaq.
“Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.
***
Komandaların start heyətləri açıqlanıb.
Mərakeş: Bono, Hakimi, El-Yamik, Ses, Attiyat-Allah, Amrabat, Unai, Hamdallah, Zieş, En-Nesiri, Bufal
Portuqaliya: Kosta, Dalo, Pepe, Dias, Qerreyru, Neveş, Otavio, Silva, Fernandeş, Feliks, Ramuş