DÇ-2022: Ronaldu Mərakeşə uduzduqları oyundan sonra ağlayıb - VİDEO

21:49 - 10 Dekabr 2022

DÇ-2022: Ronaldu Mərakeşə uduzduqları oyundan sonra ağlayıb - VİDEO

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra ağlayıb.

 

Manset.az xəbər verir ki, yarımfinala çıxa bilmədikləri üçün məyus olan 37 yaşlı hücumçu göz yaşlarını saxlaya bilməyib.

Bu, təcrübəli forvardın peşəkar karyerasında sayca 5-ci mundialı olub.

Qeyd edək ki, qarşılaşmada yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub. Mərakeş yarımfinalda İngiltərə - Fransa cütünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az