İsveçrəli futbolçu tətildə olarkən ölüb

10:35 - 18 Dekabr 2022

İsveçrəli futbolçu tətildə olarkən ölüb

İsveçrənin ikinci divizion klubu “Lozan Uşi”nin futbolçusu Elia Alessandrini tətildə olarkən vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

“Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik”, - “Lozan Uşi” açıqlamasında bildirib.

Futbolçunun hovuzda çimərkən öldüyü qeyd edilib. O, tətilini Omanda keçirib. Bir neçə saatdan sonra o, İsveçrəyə uçmalı idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az