“Dünya çempionu olmayacağımı düşünürdüm” - VİDEO

20:37 - 20 Dekabr 2022

“Dünya çempionu olmayacağımı düşünürdüm” - VİDEO

Argentina millisinin kapitanı Lionel Messi 30 il öncə yayımlanan müsahibəsini instaqram hesabında paylaşıb.

 

Manset.az xəbər verir ki, paylaşımda Messinin futbol karyerası və iştirak etdiyi dünya çempionatları yer alıb.

“Futbolun mənə çoxlu sevinc və  kədər bəxş etdiyi otuz ilə yaxındır. Həmişə dünya çempionu olmaq arzusunda idim. Bunun heç vaxt olmayacağını düşünsəm belə, cəhd etməyi dayandırmaq istəmədim.

Əldə etdiyimiz bu kubok 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında qalib olmayanların hamısı üçündür. Çünki orada iştirak edən hamı  buna layiq idi. Mən və hamımız  buna layiq idik.

Hər şey bizim istədiyimiz kimi getməsə belə, qazandığımız qələbələrdir.

Həmçinin, qələbə gözəl qrup, məşqçilər korpusu və bizim üçün işi asanlaşdıran bütün insanların haqqıdır.

Çox vaxt uğursuzluq yolun və öyrənmənin bir hissəsidir və xəyal qırıqlığı olmadan uğurların gəlməsi mümkün deyil”,-deyə Messi qeyd edib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az