Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verdi

22:54 - 21 Dekabr 2022

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verdi

Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandası ilə müqaviləsini yeniləyəcək.

 

Manset.az-ın "Le Parisien" nəşrinə istinadən məlumatına görə, 35 yaşlı futbolçu bununla bağlı Paris təmsilçisinə söz verib.

Təcrübəli hücumçu klubla sözləşməsinin müddətini ən azı 2024-cü ilin yayınadək uzadağını bildirib.

İddiaya görə, PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında 3 aydır gedən danışıqlar artıq yekunlaşıb. Tam anlaşma dekabrın əvvəlində əldə olunub.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.

Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az