Yığmamız FİFA reytinqində irəlilədi

13:44 - 22 Dekabr 2022

Yığmamız FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəliləyib.

 

Manset.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151.82 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.

2022-ci ilin son reytinq siyahısına 1840.77 xalla Braziliya başçılıq edir. Aktivində 1838.38 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823.39 xalla üçüncüdür.

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465.38 xalla 44-cü yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az