"Möhtəşəm il keçirdik" - Qurban Qurbanov

20:18 - 24 Dekabr 2022

\"Möhtəşəm il keçirdik\" - Qurban Qurbanov

"Arada bəxtsizlik, düşünmədiyimiz nəticələr oldu. Bununla belə, möhtəşəm il keçirdik".

 

Manset.az report-a istinadən xəbər verir ki,  bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "ASCO Arena"da "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolçular ilin əvvəlindən öz işlərinə ciddi yanaşdılar: "Qarşıya qoyulan məqsədə 70-80 faiz nail olduq.

Qarşılaşma ilə bağlı da fikirlərini bölüşən Qurbanov meydanda maraqlı və dinamik mübarizə getdiyini söyləyib: "Futbolçularımın istəyi, matça konsentrasiyası qaydasında idi. Meydanda inamlı komanda gördüm".

Baş məşqçi epizodların birində görüşün baş hakimi Vüqar Həsənliyə etiraz etməsinin səbəbini də açıqlayıb: "Ciddi problem yox idi. Oyunda mübarizə də olur. Həmin vaxt hakimə bildirdim ki, sarı verməyə tələsməsin. Sadəcə, tövsiyyə xarakterli söz idi".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az