Zirədə qalmaqallı oyun - 4 qırmızı vərəqə (VİDEO)

18:31 - 25 Dekabr 2022

Zirədə qalmaqallı oyun - 4 qırmızı vərəqə (VİDEO)

Azərbaycan Premyer Liqasının 18-ci turunun, həmçinin ilin son oyunu "Zirə" - "Kəpəz" görüşü dramatik keçib.

 

Manset.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyunda baş hakim Nicat İsmayıllı 4 qırmızı vərəqə göstərib.

Əvvəlcə 18-ci dəqiqədə "Zirə"dən Coşqun Diniyev görüşdən kənarlaşdırılıb. 21-ci dəqiqədə Nemanya Andelkoviç cəzalandırılaraq komandasını meydanda 9 nəfərlə qoyub. "Kəpəz"dən Elçin Əlicanov qırmızı vərəqə alıb. Georgi Kantariya isə 90+1-ci dəqiqədə meydandan qovulub.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az