Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldoya tibbi müayinə təyin edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hazırlığının təfərrüatları barədə "CBS Sports"a mənbədən bildirilib.
Klub futbolçu və onun nümayəndələri üçün yaşayış yeri hazırlayıb.
Məlum olub ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsinin geniş şərtləri artıq razılaşdırılıb.
Qeyd olunur ki, komanda qış transfer pəncərəsinin əvvəlinə kimi hücumçu ilə müqavilə bağlamağı gözləyir.
Həmçinin, "Əl-Nəsr" transfer olacağı təqdirdə Ronaldonun baş məşqçi təyinatına qədər klubun idarəçiliyində böyük rol oynayacağını bildirib.
Qeyd edək ki, Kriştiano Ronaldo son klubu "Mançester Yunayted"lə qalmaqallı müsahibəsindən sonra yolları ayırıb.