“Real” 2022-ci ili qələbə ilə başa vurdu - VİDEO

17:44 - 31 Dekabr 2022

“Real” 2022-ci ili qələbə ilə başa vurdu - VİDEO

İspaniya La Liqasının 15-ci turunda Madrid “Real”ı səfərdə “Valyadolid”ə qalib gəlib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

İkinci hissədə təşəbbüsü ələ alan qonaqlar 83-cü dəqiqədə hesabda önə çıxıblar. K.Benzema penalti zərbəsindən fərqlənib. Fransalı ulduz 89-cu dəqiqədə özünün və komandasının ikinci topunu vurmaqla yekun hesabı da müəyyən edib.

Bu qələbə ilə “Real” xallarının sayını 38-ə çatdırıb.

Qeyd edək ki, “Real” 38 xalla turnir cədvəlində müvəqqəti liderliyə yüksəlib. Hazırda evində “Espanyol”la qarşılaşan “Barselona” 37 xala malikdir və qarşılaşmada məğlub olmayacağı təqdirdə turnir cədvəlində “Real”ı qabaqlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az