“Qalatasaray”ın vitse-prezidenti klub aldı - FOTO

16:25 - 06 Yanvar 2023

“Qalatasaray”ın vitse-prezidenti klub aldı - FOTO

"Qalatasaray"ın vitse-prezidenti Erden Timur Belçikada futbol klubu alıb.

 

Manset.az BAKU.WS-ə istinadla xəbər verir ki, Timur 3-cü divizionda mübarizə aparan "Şarlerua" komandasının sahibi olub.

Belçika klubu müqavilənin yanvarın 4-də İstanbulda imzalandığını açıqlayıb.

Klubu satışla bağlı açıqlamasında prosesi "Şarlerua - Qalatasaray gələcəyə əl-ələ" şüarı ilə böyük layihə kimi qiymətləndirilib. Erden Timurun kluba maliyyə və idman məsələlərində dəstək olacağı vurğulanıb. 

Həmçinin klubun məqsədinin 1-ci Liqaya çıxmaq olduğu bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az