“Qarabağ”ın kapitanı “Tvente”nin təklifini rədd etdi

10:30 - 12 Yanvar 2023

“Qarabağ”ın kapitanı “Tvente”nin təklifini rədd etdi

Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Maksim Medvedev klubun mətbuat xidmətinə açıqlama verib.

 

Manset.az xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi gənc yaşlarında Avropa klublarından təklif aldığını bildirib:

“Gənc yaşımda “Tvente”dən yaxşı təklifim var idi. Sadəcə xaricdə oynamağa hazır deyildim və belə təkliflərə diqqət yetirmirdim. Son illərdə isə Çempionlar Liqasından sonra Qazaxıstanın “Astana” klubundan təklif aldım. Maraqlı idi və böyük məbləğ var idi. Sonda fikirləşdim, məsləhətləşdim və qərar qəbul etdim ki, böyük məbləğə oynamaqdansa, “Qarabağ”da, ailəmdə qalım”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az