"Everton" baş məşqçisi Frenk Lempardla bağlı qərarını verib.
Manset.az xəbər verir ki, klubun sahibi Farhad Moşiri mütəxəssisi dəstəklədiyini bildirib: "Mən təkcə məşqçimizin deyil, həm də idman direktorumuzun və rəhbərliyimizin gördüyü işlərə inanıram. Biz hamımız razıyıq ki, liqadakı hazırkı mövqeyimiz yaxşılaşdırılmalıdır. Mən, klub və azarkeşlər "Everton"u daha da yaxşılaşdırmağa cəmləşmişik və əminəm ki, biz irəli gedə bilərik".
Qeyd edək ki, "Everton" İngiltərə Premyer Liqasında 7 oyundur qələbə qazana bilmir. Komanda hazırda 15 xalla 17-ci pillədə qərarlaşıb.