UEFA-dan Türkiyə QƏRARI

22:08 - 13 Fevral 2023

UEFA-dan Türkiyə QƏRARI

Bu həftə keçiriləcək Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası matçlarında Türkiyə və Suriyada zəlzələ qurbanları üçün bir dəqiqəlik sükutla yad ediləcək.

 

Manset.az xəbər verir ki, bundan əlavə, matçlar zamanı lövhələrdə türk və ərəb dillərində “Biz sizinləyik” mesajı göstəriləcək.

Futbolçular və hakimlər istəyə bağlı olaraq qollarına qara lent taxa bilərlər.

Qeyd edək ki, Türkiyənin mərkəzi Kahramanmaraşda olan iki böyük zəlzələdən sonra 10 şəhərində böyük dağıntılar baş verib.

Birinci 7,7 və ikinci 7,6 bal gücündə zəlzələ böyük dağıntılarla bərabər çox sayda insan itkisinə səbəb olub.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az