“Kəpəz” “Sumqayıt”a, “Sabah” “Şamaxı”ya qarşı

11:38 - 29 Aprel 2023

“Kəpəz” “Sumqayıt”a, “Sabah” “Şamaxı”ya qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Kəpəz” Qəbələdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər matçında isə “Sabah” və “Şamaxı” komandaları üz-üzə gələcəklər.

Bu turun “Zirə” – “Turan Tovuz” və “Qəbələ” – “Səbail” oyunları mayın 1-də, “Neftçi” – “Qarabağ” görüşü isə ayın 2-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
32-ci tur
29 aprel

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 16:00.

“Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə.
Masazır. “Bank Respublika Arena”, 18:30.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az