“Sabah”dan “Beşiktaş”la oyuna dair rəsmi AÇIQLAMA

18:39 - 02 May 2023

“Sabah”dan “Beşiktaş”la oyuna dair rəsmi AÇIQLAMA

“Sabah” Türkiyənin “Beşiktaş” komandasına qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı açıqlama yayıb.

 

Manset.az  xəbər verir ki, Bakı təmsilçisi sosial şəbəkə vasitəsilə istanbulluları qəbul edəcəyi üçün sevincli olduğunu paylaşıb.

“Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”, - deyə paylaşımda yazılıb.

Xatırladaq ki, “Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün mayın 13-də Azərbaycana gələcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az