“FIFA”dan Qazaxıstana BÖYÜK DƏSTƏK

15:47 - 03 May 2023

“FIFA”dan Qazaxıstana BÖYÜK DƏSTƏK

FIFA Qazaxıstanda futbolun inkişafına kömək edəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  FİFA prezidenti Canni İnfantino Qazaxıstanda futbolun inkişafına kömək etməyə hazır olduqlarını bildirib.

İnfantino Prezident Sarayında Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev tərəfindən qəbul edilib.

Tokayev izah edib ki, Qazaxıstanda bir milyondan çox insan sistemli şəkildə futbol oynayır, 7 mindən çox uşaq isə ölkənin müxtəlif yerlərində yaradılmış mərkəzlərdə məşq edir.

"Mən sizin səfərinizi Qazaxıstan futbolunun inkişafı üçün son dərəcə vacib hesab edirəm. Biz FİFA və sizinlə yaxşı tərəfdaşlığımızı davam etdirmək niyyətindəyik".

Canni İnfantino FİFA prezidenti kimi ilk dəfə Qazaxıstanda olduğunu bildirib.

"Qazaxıstan təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda çox vacib ölkəyə çevrilib. O, FİFA üçün böyük tərəfdaşdır. Biz birlikdə işləməliyik, çünki futbol bu ölkədə cəmiyyətə inteqrasiya etmək və başqa ölkələrdən olan insanları bir araya gətirmək üçün böyük imkanlar təqdim edir”.

İnfantino FİFA-nın uğurlu beynəlxalq təcrübəsini bölüşməyə və Qazaxıstanda futbolun inkişafına kömək etməyə hazır olduğunu vurğulayıb.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az