PSJ-də çıxış edən argentinalı dünya çempionu Lionel Messinin növbəti dayanacağı Səudiyyə Ərəbistanı ola bilər.
Manset.az xəbər verir ki, səs-küylü transfer xəbərləri ilə tanınan jurnalist Fabrizio Romano Messinin də Kriştiano Ronaldo kimi Səudiyyə Ərəbistanından astronomik təklif aldığını yazıb.
İtaliyalı müxbir Yaxın Şərq ölkəsinin ən böyük klublarından biri olan "Əl-Hilal"ın məşhur futbolçuya illik 400 milyon avro (320 milyon funt sterlinq) təklif etdiyini açıqlayıb.
Fransanın məşhur idman qəzeti “L'Equipe” də məşhur futbolçunun PSJ-ni tərk edəcəyi iddiasına geniş yer verib.
Qeyd edək ki, bir digər ərəb klubunda çıxış edən Kriştiano Ronaldonun illik gəliri 165 milyon funt sterlinqdir.