“Qarabağ” “Qəbələ”yə qarşı

10:09 - 08 May 2023

“Qarabağ” “Qəbələ”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutacaq.

Turun qapanış matçında lider “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”a, “Şamaxı” “Zirə”yə 0:3 hesabıyla uduzub. “Turan Tovuz” “Neftçi”ni 4:0 məğlub edibsə, “Sumqayıt” “Səbail”lə ev oyunundan 1:3 hesabıyla məğlub ayrılıb.

Azərbaycan Premyer Liqası
33-cü tur
8 may

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
“Azersun Arena”, 20:00.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az