"Beşiktaş"ın Bakıya səfər proqramı açıqlandı

19:37 - 08 May 2023

\"Beşiktaş\"ın Bakıya səfər proqramı açıqlandı

"Sabah"la xeyriyyə matçında qarşılaşacaq Türkiyə "Beşiktaş"ının Bakıya səfər proqramı bəlli olub.

 

Manset.az xəbər verir ki, bu barədə "Beşiktaş"ın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, "Beşiktaş" komandası Bakıya oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.

"Qara qartallar" "Hilton" hotelində məskunlaşacaqlar. Superliqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az