Zukerberq ilk yarışda qızıl medal qazandı

21:52 - 09 May 2023

Zukerberq ilk yarışda qızıl medal qazandı

Amerikalı milyarder, "Meta" şirkətinin sahibi Mark Zukerberq Kaliforniyada keçirilən ilk Braziliya Ciu-Citsu yarışında qızıl və gümüş medallar qazanıb.

 

Manset.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" səhifəsində məlumat paylaşıb.

38 yaşlı milyarder COVID-19 pandemiyası zamanı döyüş sənətinə yiyələndiyini deyib və onunla işləyən məşqçilərə təşəkkür edib.

"The Guardian" qəzeti qeyd edib ki, Zukerberq də ciu-citsuya valeh olan məşhurlar siyahısına əlavə edilib. Əvvəllər aktyor Tom Hardi bu idman növü ilə məşğul olmağa başlayıb və Böyük Britaniyada ciu-citsu yarışlarında iştirak edib,

Nəşr əlavə edib ki, 10 ildən çox əvvəl ciu-citsu ilə məşğul olan aktyor Eşton Katçer qəhvəyi kəmərə, aktyor Ceyson Steytem isə bənövşəyi kəmərə malikdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az