“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

10:40 - 10 May 2023

“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

“Qarabağ-2” komandasının futbolçusu Şirxan Həsənzadənin vəfatı ilə əlaqədar olaraq I Divizionun “Zirə-2” – “Qarabağ-2” matçının vaxtı dəyişdirilib.

 

Manset.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi 10 mayda Binə qəsəbə stadionunda yox, 13 mayda saat 20:00-da “ASK Arena”da keçiriləcək.

Yeri gəlmişkən, I Divizionun XXVI turunun “Kəpəz-2” – “Qarabağ-2” görüşünün də keçiriləcəyi tarix bəlli olub. Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq qarşılaşma 19 may saat 16:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az