Avropa liqası: Roma qalib gəldi - Yuventus məğlubiyyətdən son anda xilas oldu

01:10 - 12 May 2023

Avropa liqası: Roma qalib gəldi - Yuventus məğlubiyyətdən son anda xilas oldu

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Manset.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçirilib.

“Yuventus” İspaniya təmsilçisi “Sevilya”nı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı 26-cı dəqiqədə qonaqların heyətində Yussef En-Nesiri açıb. Ancaq 90+7-ci dəqiqədə Federiko Qatti “Yuventus”u məğlubiyyətdən xilas edib.

 

Digər qarşılaşmada “Roma” Almaniyanın “Bayer” (Leverkuzen) klubunu qəbul edib. Bu oyunda italyanlar seviniblər. 63-cü dəqiqədə Edoardo Bovenin vurduğu qol “Roma”ya qələbə qazandırıb.

Komandalar arasında cavab oyunları mayın 18-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az